Son beş gün ərzində Türkiyənin 18 vilayətində kibercinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 170 şəxs saxlanılıb, onlardan 55-i məhkəmənin qərarı ilə həbs edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir qeyd edib ki, 5 şirkət, 7 daşınmaz əmlak obyekti və 10 nəqliyyat vasitəsinin üzərinə həbs qoyulub.
İttihamlara maliyyə fırıldaqçılığı, qanunsuz mərc və qumar oyunlarının təşkili, çirkli pulların yuyulması və digər fəaliyyətlər daxildir.
A.Yerlikaya ictimaiyyəti hər hansı şübhəli halla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb.