İran Prezidenti Amerikaya getdi – OĞLUNA VİZA VERİLMƏDİ
FOTO

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka gedib.

 

Senzor.az bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb.

 

Məlumata görə, Prezident Pezeşkianın Nyu Yorka səfəri zamanı BMT-nin Baş katibi və bir sıra milli liderlərlə görüşləri, həmçinin beyin mərkəzləri və İran diasporu ilə görüşləri gözlənilir.

**

Bu arada "Azad İran" "Telegram" kanalı məlumat yayıb ki, ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib. 

Qeyd olunub ki, Yusif Pezeşkian Prezidentin nümayəndə heyətinin üzvü kimi Nyu-Yorka səfər etməli idi. Ancaq ABŞ bu il BMT tədbiri üçün iranlı rəsmilərə və onların ailə üzvlərinə viza verilməsinə daha sərt yanaşma göstərib.

 

Bildirilir ki, əvvəlki illərdə də ABŞ administrasiyası İran diplomatlarının Nyu-Yorkdakı fəaliyyətinə, o cümlədən alış-veriş və hərəkət azadlığına ciddi məhdudiyyətlər qoyub.

 

Eyni zamanda, ABŞ Konqresində İran rəsmilərinə vizaların verilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihələri də gündəmdədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.