Qırğızıstan parlamenti özünü buraxdı
VAXTINDAN ƏVVƏL

Sentyabrın 25-də Qırğızıstanın Joqorku Keneşi (parlamenti) 7-ci çağırış qanunverici orqanın özünü buraxması haqqında qərar qəbul edib. Təklifi 32 nəfərlik deputatlardan ibarət təşəbbüs qrupu irəli sürüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qeydiyyatdan keçmiş 89 deputatdan 84-ü təşəbbüsün lehinə səs verib.

 

Deputat Ulan Primov (Alay rayonu) parlamentin özünü buraxmasının iki səbəbini göstərib: yeni seçki qanunu (yeni parlament seçki sistemi) və Joqorku Keneş deputatlarının seçkiləri ilə prezident seçkiləri arasındakı qısa müddət.

 

Qeyd edək ki, 7-ci çağırış Joqorku Keneşin Konstitusiya ilə müəyyən olunmuş müddəti 2026-cı ilin noyabrında başa çatır. Prezident seçkiləri 2027-ci ilin yanvarına təyin edilib.

 

Təşəbbüsçülər hesab edirlər ki, eyni vaxtda iki böyük tədbirin keçirilməsi ictimai-siyasi sabitliyə təsir edə bilər.

 

Joqorku Keneşin özünü buraxmasından sonra Qırğız Respublikasının Prezidenti növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında fərman imzalamalıdır.

 

Deputatların seçkiləri haqqında qanuna əsasən, növbədənkənar seçkilər parlamentin bu qərarının Prezident tərəfindən təsdiq edildiyi andan 40 gün (minimum) və 65 günədək (maksimum) müddətdə keçirilməlidir. Yeni parlament seçkiləri noyabrın sonunda keçirilə bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.