Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o bu gün Moskvada keçiriləcək Qlobal Atom Enerjisi Forumunda iştirak edəcək.
Xatırladaq ki, Kremlin Mətbuat xidmətinin dünən yaydığı məlumatda sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putinin ölkənin atom sənayesinin 80 illiyinə həsr olunmuş Qlobal Atom Forumunda çıxış edəcəyi barədə anons verilmişdi.
"Rusiya lideri ilə birlikdə forumda Belarusun Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, həmçinin İran İslam Respublikasının, Özbəkistanın, eləcə də digər ölkələrin nümayəndələri iştirak edəcəklər", - məlumatda vurğulanmışdı.