Moldovalı oliqarx və ölkənin Demokratik Partiyasının keçmiş sədri Vladimir Plaxotnyuk sentyabrın 25-də Yunanıstanın paytaxtı Afinada saxlanılaraq Kişineuya gətirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onu Kişineuda 13 nömrəli həbsxanada təkadamlıq kameraya salıblar.
V.Plaxotnyuk Afina hava limanında Dubaya uçmağa cəhd edərkən saxlanılıb. Onun üzərindən Moldova, Rumıniya, Rusiya, Ukrayna, Bolqarıstan, İraq və Vanuatuda verilmiş müxtəlif adlarda 21 saxta sənəd tapılıb.
Hüquq-mühafizə orqanları onun yaxın silahdaşı və Moldova parlamentinin keçmiş deputatı Konstantin Tsutsudan da Rumıniya və Bolqarıstanda rəsmiləşdirilmiş beş saxta pasport götürüblər.