Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Əl Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər.
Senzor.az bildirir ki, bu barədə Zelenski “Telegram” hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, görüşdə Ukrayna və Suriyaya qarşı təhlükəsizlik təhdidləri, eləcə də iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
“Biz qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurmağa razılaşdıq”, - deyə Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair birgə bəyannamə imzalanıb: “Biz bu mühüm addımdan məmnunuq və sabitliyə gedən yolda Suriya xalqını dəstəkləməyə hazırıq”.