Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvadan Nyu-Yorka yollanıb.
Senzor.az bildirir ki, Baş nazir bu barədə sosial şəbəkədə yazıb.
Xatırladaq ki, N.Paşinyan dünən Rusiyanın paytaxtında keçirilən "Ümumdünya Atom Həftəsi" forumunda iştirak edib, daha sonra Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirib.