Suriyada Bəşər Əsədin həbsinə order verildi - VİDEO

Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.

 

Senzor.az bildirir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

 

"2011-ci ildə Dəraada baş verən hadisələrlə bağlı ittihamlar üzrə Bəşər Əsədin qiyabi həbsinə dair order verilib", - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də silahlı müxalif qüvvələrin Dəməşqə daxil olmasından sonra Suriya prezidenti vəzifəsini tərk edib və Rusiyaya qaçaraq prezident Vladimir Putinin himayəsinə sığınıb.


Onu da xatırladaq ki, bu, Bəşər Əsəd barəsində ilk həbs qərarı deyil. Belə ki, Fransada Paris Apellyasiya Məhkəməsi Bəşər Əsəd hələ prezident olarkən onun, Suriyada törədilmiş hərbi cinayətlərdə əli olduğu iddiasını təsdiqləyərək barəsində həbs qərarı vermişdi. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.