Qarşıdakı həftədə Rusiya Prezidenti Vladimir Putinin böyük çıxışı planlaşdırılır.
Senzor.az bildirir ki, bunu "Rusiya-1" telekanalının jurnalisti Pavel Zarubin ilə söhbətində Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
"Kremldə çox sayda işgüzar görüşlər, beynəlxalq təmaslar olacaq və gələn həftə Prezidentin kifayət qədər böyük bir çıxışı olacaq. Biz onun nə olduğunu, dəqiq harada və nə vaxt olacağını bildirəcəyik," - deyə mətbuat katibi vurğulayıb.
Bir sözlə, Dmitri Peskov gələn həftənin "maraqlı" keçəcəyinin anonsunu verib.