Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bu gün İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edəcək.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Tramp, bir sıra Qərb liderlərinin Amerika və İsrailin etirazına baxmayaraq Fələstin dövlətini tanımasından sonra Qəzza ilə bağlı sülh təşəbbüsünü irəli sürür.
Yeri gəlmişkən, bu, Tramp növbəti dəfə Prezident seçildikdən sonra Netanyahunun Ağ Evə dördüncü səfəri olacaq.