Gürcüstanda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 76 nəfər ölüb, 2 669 yoluxma halı qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 543 118, ölənlərin sayı isə 7 251 nəfərə çatıb.
Virusa yoluxanlardan 482 732 nəfərin sağaldığı bildirilir.