Rusiya ABŞ-ın ən böyük uran tədarükçüsüdür – SENSASİON FAKTLAR
VİDEO

Hətta may ayında bu ölkədən zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun qüvvəyə mindikdən sonra belə, Rusiya ABŞ-da nüvə reaktorları üçün ən böyük yanacaq tədarükçüsü statusunu qoruyub saxlayıb.

 

Senzor.az bildirir ki, məlumatı ABŞ-ın Energetika Nazirliyinə istinadən “Bloomberg” agentliyi yayıb.

 

Enerji İnformasiya idarəsinin hesabatına əsasən, ABŞ kommersiya reaktorlarında istifadə olunan zənginləşdirilmiş uranın 20%-i Rusiya yanacağının payına düşür.

 

2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Rusiya yanacağının idxalına qanunvericilik qadağasına baxmayaraq, tədarüklər davam edib.

 

“2024-cü ilin avqustunda qüvvəyə minən qadağa, alternativ təchizat mənbələri tapılmadıqda və ya idxalın milli maraqlara aid olduğu halda Energetika Nazirliyinə 2028-ci ilə qədər müvəqqəti güzəştlər verməyə imkan verir. Artıq belə güzəştlər almış şirkətlər sırasına “Constellation Energy” və “Centrus Energy” daxildir”, - agentlik yazır.

 

Sentyabrın 15-də ABŞ-ın Energetika naziri Kris Rayt deyib ki, ölkə Rusiyadan tədarükdən çox asılı olduğu üçün onun uranından tamamilə imtina etməyə hələ hazır deyil.

 

“Hazırda Rusiya ABŞ-ın elektrik enerjisinin təxminən beşdə birini istehsal edən 94 Amerika nüvə reaktoru üçün lazım olan zənginləşdirilmiş uranın təxminən 25%-ni verir. Hesablamalara görə, bu tədarüklərin tez bir zamanda kəsilməsi ölkənin elektrik enerjisi istehsalını təxminən 5% azaldacaq", - "Bloomberg" bildirir.

 

Maraqlıdır ki, bu məlumatlar Donald Tramp administrasiyasının Avropa və digər ölkələrə Rusiya neft və qazından asılılığını azaltmağa çağırışları fonunda açıqlanıb.

 

Yeri gəlmişkən, bu reallıqlar fonunda dünya birjalarında uranın qiyməti bahalaşmaqda davam edir.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.