İranda son doqquz gün ərzində 32 məhkum edam edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Bildirilir ki, onlar qəsdən qətl və narkotik qaçaqmalçılığında təqsirli biliniblər.
Məhbusların ölüm cəzası Nəhavənd, İlam, Ərək, Səmnan, Ciroft, Xürrəmabad, Malaer, Babol, Sari, Qum, Yasuc, Şiraz, Sənəndəc, Kaşan, Qorqan, Əhvaz, Bam və İsfahan həbsxanalarında həyata keçirilib.