Oktyabrın 2-də axşam saatlarında ABŞ-ın Kaliforniya ştatındakı El-Sequndo şəhərində neft emalı zavodunda partlayış baş verib.
“Los Angeles Times (LAT)” nəşri xəbər verib ki, partlayışdan sonra obyektdə kilometrlərlə uzaqdan görünən güclü yanğın baş verib. Hadisənin səbəbi hələ də qeyri-müəyyəndir. Nəşrin məlumatına görə, böyük ehtimalla, yanan “Şevron” neft emalı zavodudur.
Daha sonra yerli hakimiyyət orqanlarına istinad edən “CBS News” telekanalı Kaliforniya neft emalı zavodunda yanğının qarşısının alındığını, El-Sequndo və qonşu ərazilərin sakinləri üçün heç bir təhlükə olmadığını bildirib.
“Şahidlər partlayışdan yaranan şok dalğasını yüngül zəlzələ ilə müqayisə ediblər. Sakinlər təxliyyə edilməyib, lakin onlara evdə qalmaları tövsiyə olunub. Havada zərərli maddələrin icazə verilən konsentrasiyasını aşması qeydə alınmayıb”, - telekanalın yaydığı xəbərdə bildirilir.
Qeyd edək ki, 1911-ci ildə əsası qoyulan El-Segundo “Şevron” neft emalı müəssisəsi ABŞ-ın Qərb sahilində ən böyük neftayırma zavodudur.