Fransada siyasi böhran dərinləşdikcə, Prezident Emmanuel Makronun reytinqi rekord səviyyəyə – 14 faizə enib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu, “Elabe”nin “Les Echos” üçün keçirdiyi sorğunun nəticələri açıqlanandan sonra məlum olub.
Sorğuya görə, bu, bir ayda üç faiz bənd azalma deməkdir.
Bu fonda ifrat sağçı Milli Ralli partiyası güclənir. “Toluna Harris Interactive” sorğusu göstərib ki, fransızların 35 faizi 2027-ci prezident
seçkilərində partiyanın namizədinə səs verməyə hazırdır.
Xatırladaq ki, oktyabrın 6-da Makron Baş nazir Sebastian Lekörnünün istefasını qəbul edib. Prezidentin parlamentdə çoxluğu olmadığından, hökumət müxalifətin dəstəyinə möhtacdır.