Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs razılaşmasının bütün maddələrinin icrasını diqqətlə izləyəcəklərini deyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki Ərdoğan Türkiyənin bu prosesdə də yaxından iştirak edəcəyini söyləyib.
Bundan əlavə, Ərdoğan Qəzzanın bərpa işlərinə də dəstək göstərəcəyini vurğulayıb:
“Türkiyə olaraq İsrail-Hamas razılaşmasının yerinə yetirilməsinə yerlərdə nəzarət edəcək işçi qrupunda biz də iştirak edəcəyik. Qəzzanın dirçəlməsinə kömək etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə yenidənqurma fəaliyyətlərini dəstəkləyəcəyik”, - deyə Ərdoğan əlavə edib.