ABŞ Senatında şatdaunu dayandırmaq üçün Respublikaçılar və Demokratlar Partiyasının təklif etdikləri layihələr üzrə keçirilən 7-ci səsvermə də nəticəsiz olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əvvəlcə Demokratlar Partiyasının hökumətin maliyyələşməsini oktyabrın 31-nə kimi təmin edən layihəsi üzrə səsvermə keçirilib. Layihə 47 lehinə, 50 əleyhinə səs toplayıb. Daha sonra Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan layihəsi üzrə səsvermə baş tutub və 54 lehinə, 45 əleyhinə səslə 60 səs baryerini keçməyib.
Xatırladaq ki, ABŞ-da şatdaun oktyabrın 1-dən qüvvədədir.