“Suriya ilə hər sahədə və hər səviyyədə əlaqələrimiz davam edir. Suriya və regionda əldə olunan uğurların qorunması üçün yaxından əlaqələndirmə və əməkdaşlığı gücləndirməkdə qərarlıyıq. Suriya Prezidenti Əhməd Şaraa və tərəfdaşlarını tək qoymaq kimi bir hal yoxdur”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“SDQ-ni tez-tez səhv yollara əl atmamağa, Suriyanın bütövlüyünü dəstəkləməyə çağırırıq. Ümid edirik ki, SDQ Suriya ilə bütövləşmə mövqeyi tutacaq və bu, Suriyanın rifaha çıxması yolunda kömək edəcək. SDQ-nin Suriya ilə inteqrasiyasının ən qısa müddətdə reallaşması Suriyanın inkişaf təşəbbüslərini də sürətləndirəcək”, - o vurğulayıb.