Böyük Britaniya son 6 ayda Ukraynaya 85 MİNDƏN ÇOX PUA GÖNDƏRİB

Böyük Britaniya son altı ay ərzində Ukraynaya 85 mindən çox hərbi təyinatlı pilotsuz uçuş aparatı (PUA) göndərib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumat Birləşmiş Krallığın hökumət saytında dərc olunmuş bəyanatda öz əksini tapıb. 

 

Qeyd olunur ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili bu barədə Ukraynanın müdafiəsi üzrə Əlaqələndirmə Qrupunun oktyabrın 15-də Brüsseldə keçiriləcək toplantısında məlumat verəcək. Nazir, həmçinin NATO üzrə müttəfiqlərinə müraciət edərək pilotsuz aparatların istehsalının artırılmasının vacibliyini vurğulayacaq.

 

Con Hili, eyni zamanda, 2024-cü il ərzində Ukrayna Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatlarının tədarükünü sürətləndirmək üçün Böyük Britaniyanın 600 milyon funt sterlinq sərmayə yatırdığını bildirib.

 

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya hərbi yardım göstərən Avropa dövlətlərinə ABŞ silahlarının və sursatlarının satışını nəzərdə tutan PURL təşəbbüsünə maliyyə dəstəyi ayırmağı təklif edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.