Pentaqon rəhbəri Pit Heqset ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülhməramlı səylərindən sonra eyni şeyin Ukraynada da təkrarlana biləcəyinə ümid etdiyini bildirib.
Bu barədə ABŞ rəsmisi Brüsseldə çıxışı zamanı bəyan edib.
"Dünya gördü ki, bizim prezidentimiz - ABŞ-ın tərəfində duranları dəstəkləyən, sülhə can atan sülh prezidentidir. Bu, orada (Qəzza sektorunda - red.) gördüyümüz bir şeydir, bu, məhz Ukraynada görməyi ümid etdiyimizdir", - deyə Heqset qeyd edib.
Bununla yanaşı, Pentaqon rəhbəri vurğulayıb ki, sülhə yalnız güc sayəsində nail olmaq mümkündür.(Oxu.az)