Oktyabrın 18-nə keçən gecə Günəşdə M güc sinfinə aid iki partlayış baş verib.
TASS-ın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Bildirilir ki, M1.0 gücündəki partlayışlardan biri 26, digəri isə 21 dəqiqə davam edib. Hadisələr müvafiq olaraq Bakı vaxtı ilə saat 04:40 və 06:39-da baş verib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.