ABŞ administrasiyası oktyabrın sonu - noyabrın əvvəlində Asiyaya səfəri zamanı Prezident Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında görüş imkanını nəzərdən keçirir.
Bu barədə rəsmi mənbəyə istinadla CNN məlumat yayıb.
Mənbə bildirib ki, müzakirələr ilkin mərhələdədir, ABŞ-ın Prezident Administrasiyası görüşün baş tutacağına hələ əmin deyil.