Kolumbiya Prezidenti ABŞ-dan izahat tələb edir

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ hərbi qüvvələrinin ölkənin ərazi sularında qayığa zərbə endirməsinə münasibət bildirib və Vaşinqtondan açıqlama tələb edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

 

“ABŞ hökumətinin nümayəndələri qətl törədib və ərazi sularımızdakı suverenliyimizi pozub. Balıqçı Alesandro Karansa narkotik ticarəti ilə heç bir əlaqəsi olmayan, sadəcə balıqçılıqla məşğul olan şəxs idi”, - deyə Qustavo Petro vurğulayıb.

 

Prezident, həmçinin Kolumbiyanın Baş Prokurorluğuna müraciət edərək zərbə nəticəsində həlak olanların yaxınlarının dərhal qorunmasını, eləcə də onların beynəlxalq məhkəmə proseslərində iştirakı imkanlarının nəzərdən keçirilməsini istəyib.

 

Xatırladaq ki, 18 oktyabrda ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin ABŞ-a  doğru hərəkət edən və böyük partiya narkotik daşıyan sualtı gəmini məhv etdiyini bildirmişdi.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.