ABŞ lideri yenə Rusiyanı hədələdi
“UKRAYNAYA HÜCUM OLSA, QƏRB “ŞİMAL AXINI- 2”Nİ DAYANDIRACAQ”
“Qərb ölkələri Ukraynaya qarşı hücum ediləcəyi təqdirdə ixraca nəzarət və maliyyə sahəsində Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək, həmçinin “Şimal axını-2” qaz kəmərinin işə başlamasına mane olacaq”.
 
“Report” bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
 
“ABŞ və dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımız güclü ixraca nəzarət sanksiyaları tətbiq etməyə hazırdırlar. Biz onların ən böyük və ən mühüm maliyyə institutlarına və əsas sənayelərinə güclü təzyiq göstərəcəyik. Rusiya addım atarsa, biz dərhal bu tədbirləri aktivləşdirməyə hazırıq. Rusiyadan Almaniyaya təbii qaz nəql edəcək “Şimal axını-2” qaz kəmərinə gəlincə, əgər Rusiya Ukraynaya növbəti müdaxilə etsə, bu, baş verməyəcək”, - Ağ Ev rəhbəri bildirib.
 
Amerika lideri etiraf edib ki, Qərbin Rusiyaya qarşı mümkün yeni sanksiyaları ABŞ-a zərbə vura və yanacağın bahalaşmasına səbəb ola bilər: “Zərər verməyəcəyini iddia etməyəcəyəm. Bu, enerji sektorunda qiymətlərə təsir edə bilər. Beləliklə, biz ən böyük enerji təchizatçıları və istehlakçıları ilə koordinasiya edərək, enerji bazarlarımıza təzyiqi azaltmaq və artan qiymətlərə qarşı mübarizə aparmaq üçün fəal addımlar atırıq”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.