Boliviyada prezident seçkilərində Rodriqo Paz qalib gəldi - VİDEO

Senator Rodriqo Paz Boliviyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

 

Senzor.az bildirir ki, bu barədə Cənubi Amerika ölkəsinin Ali Seçki Tribunalı məlumat yayıb.

 

Qeyd olunub ki, Mərkəzçi Xristian-Demokrat Partiyasının namizədi seçicilərin 54,61, onun rəqibi Jorje Qiroqa isə 45,4 faizinin etimadını qazanıb.

 

"Mən Rodriqo Paz Pereyranı Boliviyada ilk dəfə keçirilən tarixi ikinci tur nəticəsində Prezident seçilməsi münasibətilə təbrik edir və onun hökumətinə uğurlar arzulayıram", - deyə hazırkı Prezident Luis Arse "X" platformasında yazıb.

 

O qeyd edib ki, hakimiyyətin seçkilərlə formalaşmış bir hökumətdən digərinə ötürülməsi son 28 ildə ilk dəfə baş verəcək.

 

Xatırladaq ki, yeni Prezident vəzifəsinin icrasına noyabrın 8-də başlayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.