Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa lideri Emmanuel Makron yaxın zamanda görüşməyə razılaşıblar.
Senzor.az bildirir ki, V.Zelenski bu barədə Fransa Prezidenti ilə söhbətinin yekunları üzrə teleqram kanalında yazıb.
Məlumata görə, müzakirənin əsas mövzusu Rusiyaya təzyiqin gücləndirilməsi olub. V.Zelenskinin sözlərinə görə, indi Rusiyanı döyüş əməliyyatlarını başa vurmağa təşviq etmək və bütün mövcud diplomatik imkanlardan istifadə etmək üçün münasib zamandır.
Ukrayna Prezidenti, həmçinin bildirib ki, Makronla aktual diplomatik məsələləri müzakirə edib.