ABŞ-ın vitse-prezidenti Cey Di Vens sabah İsrailə səfər edəcək.
İsrail KİV-in verdiyi məlumata görə, bu barədə ölkənin hava limanları idarəsinin bu gün yaydığı bəyanatda bildirilib.
Bəyanatda onun Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına gəlişinə hazırlıq görüldüyü bildirilir.
Nə Ağ Ev, nə də Baş nazirin ofisi səfərlə bağlı məlumatı təsdiqləməyib.