Fransanın keçmiş prezidenti cəzasını çəkmək üçün həbsxanaya yollandı
VİDEO

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya yollanıb.

 

Senzor.az bildirir ki, 70 yaşlı siyasətçinin tərəfdarları ona dəstək olmaq üçün evinin qarşısına toplaşıblar.

 

Tərəfdarlarını salamlayan Sarkozi daha sonradan avtomobilə əyləşərək Parisin cənubunda cəzasını ciddi rejimli kamerada çəkəcəyi həbsxanaya yollanıb. Onu proses boyu həyat yoldaşı Karla Bruni müşayiət edib.

 

Xatırladaq ki, N.Sarkozi sentyabrda 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2007-ci ildəki seçki kampaniyasını qanunsuz maliyyələşdirmək işində təqsirli bilinib.

 

Təhlükəsizliklə əlaqədar keçmiş Prezident həbsxanada təcrid şəraitində saxlanılacaq. Onun vəkillərinin məlumatına görə, Sarkozi günlərini yazı yazmaqla keçirəcək. O, özü ilə İsa Məsihin bioqrafiyasını və Aleksandr Dümanın “Monte-Kristo Qrafı” romanını götürüb.

 

Sarkozinin vəkillərindən Jan-Mişel Darroa bu həbsi “utancverici” adlandırıb. Digər vəkili Kristof Inqren isə bildirib ki, N. Sarkozi rəsmiləşdirmə prosedurlarına əməl etmək üçün həbsxanaya daxil olub və hadisələrə cəsarətlə yanaşır. Vəkil əlavə edib ki, artıq azadlığa buraxılma tələbi təqdim olunub, lakin bunun araşdırılması təxminən 1 ay çəkəcək. “Nə olursa olsun, o, ən azı 3 həftə və ya 1 ay həbsdə qalacaq”, – deyə Inqren “Avropa 1” radiosuna müsahibəsində diqqətə çatdırıb.

 

Həbs olunmamışdan əvvəl sosial media hesabında paylaşım edən Sarkozi özü isə "Fransanın bu dərəcədə alçaldılması məni dərin bir kədərə boğur", - deyə bildirmişdi. O, məhkəmənin qərarını “intiqam və nifrət dolu bir akt” kimi dəyərləndirmiş və “Həqiqət qalib gələcək!” sözlərini yazmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.