Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putin G20 sammitində iştirak etməsə də, Rusiya tədbirdə layiqincə təmsil olunacaq.