İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif atasının ölkənin çatışmazlıqlarını və problemlərini səmimi şəkildə etiraf etdiyini və “islahat yolunun məhz bundan başladığını” bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Yusif Pezeşkian bununla bağlı öz Telegram-kanalında paylaşım edib.
Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın planı, gələcəyə baxışı və ümidi var, lakin onun ideyaları cəmiyyət tərəfindən düzgün qiymətləndirilmir və qəbul edilmir.
“Prezidentin intellektual paradiqması onu tənqid edənlərin fikirlərindən fərqlənir. Problemlərin həlli hökumətin, parlamentin, məhkəmənin, dini qurumların və xalqın birgə fəaliyyətini tələb edir. Köhnə üsulları təkrarlamaqla yeni nəticələr gözləmək olmaz”, - Yusif Pezeşkian yazıb.
O bildirib ki, bəzən işləri hərəkətə gətirmək üçün sistemi “silkələmək” zərurəti yaranır.