
Pensilvaniya Universitetinin astronomları nisbətən yaxın ulduz sistemində "Super Yer" aşkarlayıblar.
Bu barədə "The Astronomical Journal" xəbər yayıb.
Planet Yerdən 20 işıq ili uzaqlıqdadır ki, bu da kosmik ölçülər baxımından nisbətən kiçik məsafədir. Tədqiqatçıların bildirdiyinə görə, planet Yerə çox bənzəyir və onun səthində maye su ola bilər. Eyni zamanda, planet ölçülərinə görə Yeri üstələyir.
Qeyd olunur ki, kəşf alimlərin ulduzu müşahidə etməyə 20 il sərf etmələrindən sonra edilib. Lakin hələ ki planeti daha ətraflı öyrənmək mümkün deyil, bunun üçün daha güclü teleskoplar lazımdır.