
Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq niyyətindədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin yeni Baş naziri Sanae Takaiçi parlamentdəki proqram nitqində deyib.
“Hazırda Rusiya ilə münasibətlər mürəkkəb vəziyyətdədir, lakin Yaponiya hökumətinin kursu ərazi məsələsini həll etmək və sülh müqaviləsi imzalamaqdan ibarətdir”, - Takaiçi qeyd edib.
Xatırladaq ki, Moskva və Tokio arasında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi hələ də imzalanmayıb.
64 yaşlı Sanae Takaiçi ötən həftə hakim Liberal Demokrat Partiyasının sədri seçildikdən sonra Yaponiya tarixində ilk qadın Baş nazir olub. O, ölkədə sağçı baxışları ilə tanınır və Yaponiyanın ən böyük mühafizəkar və millətçi qeyri-hökumət təşkilatı “Nippon Kaiqi”nin üzvüdür.