
Fransa Ukraynaya əlavə “Aster” zenit-raketləri və “Mirage” qırıcı təyyarələri göndərəcək.
Senzor.az bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası”nın Kiyevə yardım üzrə iclasında çıxışı zamanı deyib.
Makronun çıxışının videosu Yelisey sarayının “X” sosial şəbəkəsində yerləşdirilib.
“Yaxın günlərdə biz Ukraynaya əlavə "Aster" raketləri göndərəcəyik, yeni təlim proqramları həyata keçirəcəyik və əlavə "Mirage" təyyarələri göndəriləcək”, – deyə Fransa lideri vurğulayıb.
Fransa Prezidenti həmçinin qeyd edib ki, bu qərar Ukraynanın hava hücumundan müdafiə və aviasiya imkanlarını gücləndirməyə yönəlib və Paris tərəfdaş ölkələrlə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirəcək.