
Tailandın sabiq kraliçası, kral Maha Vaçiralonqkonun anası Sirikit 93 yaşında vəfat edib.
Bu barədə məlumatı Tailand Kral Sarayına istinadla "Kommersant" yayıb.
Məlumatda deyilir: "Krallıqda Ülyahəzrət ana kraliça Sirikitin vəfatı ilə əlaqədar matəm elan olunur. Matəm bir il davam edəcək".
Sirikit 2019-cu ildən xəstəxanada həkimlərin nəzarəti altında idi. 2025-ci il oktyabrın 17-də onun qan dövranında infeksiya aşkar edilib.
Bildirilir ki, ana kraliça ilə vida mərasimi ölkənin bütün sakinləri üçün açıq olacaq. Mərasim Banqkokda Kral iqamətgahının Ananda Samakhom təntənəli salonunda keçiriləcək.
Qeyd edək ki, vəfat etmiş kraliça 60 il ərzində keçmiş kral Pumipon Adulyadetin həyat yoldaşı olub.