
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları Almatı şəhərində 5 xarici vətəndaşın planlaşdırdığı terror aktının qarşısını alıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan MTK-nın mətbuat xidməti məlumat yayıb.
"Milli Təhlükəsizlik Komitəsi tərəfindən 2025-ci ilin sentyabr ayında Almatıda beş xarici vətəndaşın planlaşdırdığı terror aktının qarşısı hazırlıq mərhələsində alınıb. Onların hamısı həbs edilib, istintaq aparılır", - deyə məlumatda bildirilir.