Venesuela Rusiyadan hərbi yardım istəyir

Venesuela Prezidenti Nikolas Maduro Karib dənizində ABŞ qüvvələrinin cəmləşməsi fonunda Rusiyadan raketlər, radarlar və təkmilləşdirilmiş təyyarələr tədarük etməsini xahiş edib.

 

Bu barədə "The Washington Post" məlumat yayıb.

 

Məlumata görə, Maduro rusiyalı həmkarı Vladimir Putinə məktub yazıb. O, eyni xahişlə Çin və İrandan da hərbi yardım istəyib.

 

Qeyd olunub ki, Venesuelanın nəqliyyat naziri Ramon Selestino Velaskez oktyabrın ortalarında Moskvaya səfər edib və orada rusiyalı həmkarı ilə görüşərək Maduronun məktubunu Rusiya Prezidentinə çatdırıb. Maduro məktubunda illər öncə Rusiyadan alınmış bir neçə "Su-20MK2" təyyarəsinin təmiri də daxil olmaqla, Venesuelanın hava müdafiəsinin gücləndirilməsi üçün kömək istəyib.

 

Bundan əlavə, Maduro səkkiz mühərrikin və beş radarın təmiri, ölkəsinə Rusiya döyüş raketlərinin satılması və bir növ logistika yardımı göstərilməsini xahiş edib. Məktubda Venesuela liderinin "Rostex" vasitəsilə üçillik maliyyələşdirmə istəyi əks olunub, lakin məbləğ açıqlanmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.