Moldovada yeni hökumət and içdi

Moldovanın Baş naziri Aleksandru Muntyanunun rəhbərlik etdiyi Moldovanın yeni kabinetinin Prezident Maya Sandu və parlamentin sədri İqor Qrosunun iştirakı ilə Prezident Sarayında andiçmə mərasimi olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Muntyanunun hökumətinə 14 nazirlik və Baş nazirin beş müavini daxildir. 

 

Hökumətin tərkibinə həm yeni üzvlər, həm də əvvəlki kabinetdəki vəzifələrini qoruyanlar daxil edilib. Aleksandru Muntyanu bəyan edib ki, bu, Moldova Respublikasını yaxın illərdə Avropa İttifaqına üzv olmağa hazırlamağa qadir peşəkar komandadır.

 

Moldova hökumətinin yeni üzvləri and içdikdən sonra Prezident Maya Sandu çıxış edərək ölkənin iqtisadi inkişafına və Avropaya inteqrasiyasına dair mesajlar verib.

 

Yeni hökumətin “Aİ, Sülh, İnkişaf” proqramında 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqların başa çatdırılması, iqtisadiyyatın modernləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması prioritet təşkil edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.