
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, Qüds səfəri çərçivəsində Fələstin Dövlətinin başçısı Mahmud Abbas Ramallahda Türkiyənin nümayəndə heyətini qəbul edib.
Türkiyə-Fələstin münasibətlərinin müzakirə olunduğu görüşdə Türkiyə nümayəndə heyətinin üzvləri Fələstin xalqına dəstəyin davam etdiriləcəyini bildiriliblər.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə də görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə olunub.
Bu gün Türkiyə nümayəndə heyətinin İsrail Xarici İşlər Nazirliyi və Rəyasət Heyətinin rəsmiləri ilə görüşü planlaşdırılır.