
ABŞ Prezidenti Donald Tramp Ukraynaya "Tomahawk" raketlərinin verilməsi məsələsini nəzərdən keçirmir.
ABŞ lideri bunu ölkə KİV-inə müsahibəsində bəyan edib.
O, jurnalistin müvafiq sualına cavabında "Xeyr, əslində yox" deyib və əlavə edib ki, qarşıda mövqeyini dəyişə də bilər, lakin hazırda bunu etmək niyyətində deyil.
Xatırladaq ki, daha əvvəl CNN telekanalı məlumat yayıb ki, Pentaqon Ukrayna üçün "Tomahawk" raketləri tədarük edir.