
Rusiyanın Baş naziri Mixail Mişustin və Çin Sədri Si Cinpin Pekində strateji tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edərək ticari-iqtisadi əməkdaşlığın inkişafına, enerji, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrə xüsusi diqqət yetiriblər.
Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, danışıqlarda hər iki ölkənin hökumət üzvləri iştirak ediblər.
Qeyd edək ki, Mişustinin Çinə səfəri çərçivəsində iki dövlətin hökumət başçılarının 30-cu müntəzəm görüşünün yekunlarına dair birgə bəyanat qəbul edilib. Bəyanatda Rusiya-Çin münasibətlərinin üçüncü ölkələrə qarşı yönəlmədiyi bildirilib.
"Tərəflər bütün sahələrdə əməkdaşlığı gücləndirməyə və xarici çağırışlara müvafiq cavablar verməyə davam edəcəklər", - sənəddə vurğulanıb.