
Ukraynadan gələn yeni qaçqınlar dövlət hesabına İrlandiyada indiki 90 gün əvəzinə 30 gün yaşaya biləcəklər.
“RTE” telekanalının İrlandiya hökumətinin alt komitəsinin qəbul etdiyi qərara istinadən yaydığı məlumatda belə deyilir.
“Alt komitənin üzvləri belə qənaətə gəliblər ki, respublika büdcəsindən maliyyələşən mənzil tutmaq üçün gündə təxminən 50 nəfər müraciət etdikdə, noyabrın sonunadək əlverişli mənzil fondu tükənəcək”, - məlumatda bildirilir.
Telekanalın məlumatına görə, 2022-ci ilin fevralından Ukraynadan qaçan 120 mindən çox insan İrlandiyada müvəqqəti müdafiə alıb. Onlardan təxminən 83 min nəfəri ölkədə qalıb.