 Nonye Josefina Ezeanyaeçe adlı 102 yaşlı nigeriyalı qadın ölkədə 2023-ci ilin fevralında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Nonye Josefina Ezeanyaeçe adlı 102 yaşlı nigeriyalı qadın ölkədə 2023-ci ilin fevralında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.“Haber Global” bildirir ki, o bunu Nigeriya televiziyasına müsahibəsində deyib.
Ezeanyaeçe prezident seçilərsə, ölkəsilə bağlı yaxşı planlarının olduğunu bildirib.
Qeyd edək ki, uzunömürlü xanım Nigeriyada “Yaşayan əfsanə” və “Afrikanın anası” kimi tanınır. O, “Nigeriyanın yaşlı vətəndaşların səsi” təşkilatının yaradıcısıdır.
 
												
						 
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                        