Yerdə güclü geomaqnit qasırğası müşahidə olunur

Günəşin səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yüksək səviyyəyə qalxıb.

 

Senzor.az Bakı Dövlət Universiteti Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən bildirir ki, 9-10 noyabrda baş verən X5 alışması zamanı asimmetrik tac kütlə atılması nəticəsində plazma kütləsinin noyabrın 12-də Yerə yaxınlaşması proqnozlaşdırılır.

 

Hazırda Günəş aktivliyi R1-R2 (zəif-orta), günün yarısından başlayaraq noyabrın 13-dək R3 (güclü-aktiv) səviyyədə olacaq. Aktivlik noyabrın 13-ü günortayadək davam edə bilər. Yüksək coğrafi enliklərdə noyabrın 12-də maqnit qasırğasının gücü 10 ballıq şkala ilə 4-8, noyabrın 13-də azalaraq 3-5 səviyyəsində olacaq. Orta coğrafi enliklərdə noyabrın 12-də qasırğanın gücü 4-7, sonrakı günlər azalaraq fon səviyyəsində olacaq.

 

9-10 noyabr tarixlərində baş verən tac kütlə atılması nəticəsində noyabrın 12-də yüksək coğrafi enliklərdə G2-G4 səviyyəsində maqnit qasırğası proqnozlaşdırılır. Günün yarısında bu, artaraq G3-G4 (güclü) qasırğa səviyəsinə yüksələcək. Tac kütlə atılması səbəbindən noyabrın 13-də qasırğanın G1-G3 səviyyədə qalacağı proqnozlaşdırılır. 14 noyabr tarixində aktivlik azalacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.