
Hakim “Vətəndaş Müqaviləsi” partiyasının adının açıqlamasını istəməyən nümayəndəsi “Joğuvurd” qəzetinə bildirib ki, seçki martın 3-də baş tutacaq.
Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək. Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, Ermənistan prezidenti parlamentdə seçilir.
Onu da qeyd edək ki, Ermənistanın sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.