ABŞ kəşfiyyatı rus qoşunlarının "geri çəkilməsi"ni hiylə sayır -
“WASHİNGTON POST”
ABŞ -ın məşhur “Washington Post” qəzeti "Ukrayna böhranı"ndan yazıb. 
 
Məqalədə Rusiyanın hələ də qərb sərhədlərində qoşun toplamasına dair fikirlərin yer alması diqqət çəkib.
Müəllif iddia edir ki, Birləşmiş Ştatlar Rusiyanın öz qoşunlarını Ukrayna sərhədlərindən uzaqlaşdırmamasını sübut edə bilər. Çünki Vaşinqtonun əlində kəşfiyyat məlumatları var.
 
Qoşunların çəkiməsinə dair xəbərlərlə isə Moskva dünya güclərini bilərəkdən çaşdırıb.
 
“Vaşinqton Rusiyanın bəyanatlarının çaşdırmaq üçün nəzərdə tutulmuş dezinformasiya kampaniyasının bir hissəsi ola biləcəyi ilə bağlı etibarlı məlumat alıb”, - deyə qəzet adı açıqlanmayan mənbəyə istinadən yazıb.
 
Bildirilir ki, bu cür məlumatı daha bir neçə Avropa rəsmisi də təsdiqləyib. Jurnalistin fikrincə, Rusiya hələ də öz qoşunlarını Ukrayna sərhədləri yaxınlığında toplayır. Həmçinin məqalədə bu bazar günü başa çatacaq Rusiya-Belarus birgə təlimlərinin davam etməsi də xatırladılıb.
 
“Bununla belə, Amerika kəşfiyyatı hesab edir ki, bu manevrlər gələcəkdə Ukrayna ərazisinin işğalına xidmət edir”,- "The Washington Post" yazıb.
 
Azvision.az xatırladır ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndiriblər.
 
Rusiya rəsmiləri isə silahlı qüvvələrin ölkə  ərazisində sadəcə yerdəyişmə etdiyini,   bu cür hərbi gedişlərin heç kimi təhdid etmədiyini söyləyir, hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsinin ölkənin qərb bölgəsindən daimi dislokasiya yerinə qaytarıldığını bildirirlər. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyirlər. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.