
Atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzzaya hücumlarını və Suriyaya qarşı əməliyyatlarını davam etdirir.
"SANA" agentliyinin məlumatına görə, İsrail ordusu bu dəfə də Suriyanın Quneytra əyalətinin cənubundakı Um İzam kəndinə girərək Rəsm əl-Hələbi kəndinə doğru irəliləyib.
Həmçinin bildirilib ki, İsrail qüvvələri Şərqi Səmədaniyyə kəndi ilə Xan Ərnabə şəhəri arasındakı əraziyə girib orada "nəzarət məntəqəsi" qurub.
Suriya hakimiyyəti İsrailin hərəkətlərinin 1974-cü il Münaqişələrin Ayrılması haqqında Sazişi və beynəlxalq hüququ pozduğunu bildirərək hücumları pisləyib.
Onlar beynəlxalq ictimaiyyəti pozuntuların qarşısını almaq üçün qətiyyətli mövqe tutmağa çağırıblar.