Tehran Universitetinin bir qrup tələbəsi Hindistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyasi keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tələbələr Hindistan hökumətinin hicablı qızların ali və orta məktəblərə daxil olmasını qadağan edən qərarına qarşı çıxıblar.
Qeyd edək ki, Hindistanın Karnatake ştatında bir hicablı müsəlman qız dərsə gedərkən zorakılığa məruz qalıb. Bu hadisənin video görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra İranda tələbə qızların etirazına səbəb olub.
Hindistan səfirliyi qarşısında etiraz edənlər rəsmi Dehlidən ayrı-seçkiliyə son qoymağı və hicabı qadağan edən qərarın aradan qaldırılmasını tələb ediblər.