İstanbul hava limanında saxta pasportla Türkiyə ərazisinə daxil olan İŞİD üzvü ələ keçirilib.
AZƏRTAC xəbər verir ki, terrorçu hava limanı polisləri tərəfindən pasport nəzarəti bölgəsində saxlanılıb. Bu şəxsin keçən il Türkiyədən deportasiya edildiyi müəyyən olunub.
O, görülən hüquqi tədbirlərdən sonra yenidən ölkədən deportasiya edilib.