Aİ Ukrayna ilə bağlı Vaşinqtona öz təkliflərini göndərib
VİDEO

Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı Vaşinqtona öz təkliflərini göndəriblər.

 

Bu barədə "Der Spiegel" yazıb.

 

Nəşr qeyd edib ki, təşəbbüsdə əsas Avropa dövlətləri, həmçinin Yaponiya və Kanada iştirak edir və onlar ABŞ-ın mövcud sülh planına qarşı çıxırlar.

 

"Biz Ukraynaya davamlı dəstəyimizi təsdiqləyirik. Yaxın günlərdə Ukrayna və ABŞ ilə fəaliyyətimizi sıx şəkildə əlaqələndirməyi planlaşdırırıq", – Aİ ölkələrinin liderlərinin bəyanatında vurğulanıb.

 

Qeyd edək ki, Aİ ölkələri sazişin Ukrayna üçün qəbuledilməz olan bir sıra müddəalarından narazılıq ifadə ediblər. Bunlara Rusiya işğalından azad etdiyi ərazilərdən, eləcə də hələ Kiyevin nəzarətində olan bölgələrdən imtina tələbi daxildir. Bundan başqa, münaqişə zamanı törədilmiş bütün hərbi cinayətlərin amnistiyası nəzərdə tutulur.

 

Daha əvvəl bildirilib ki, Aİ, ABŞ və Ukrayna nümayəndələrinin sülh planı ilə bağlı görüşü noyabrın 23-də Cenevrədə keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.