
Müxtəlif tarixlərdə Türkiyəyə qanunsuz daxil olan və Van vilayətində hüquq-mühafizə orqanları tərəfindən tutulan 300 qanunsuz əfqan miqrant Əfqanıstana göndərilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, miqrantlar Əfqan Hava Yollarına məxsus təyyarələrlə öz ölkələrinə deportasiya edilib.
Hakimiyyət orqanları qanunsuz miqrasiyaya qarşı mübarizənin qətiyyətlə davam etdiyini bildirirlər.